Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə səfər edəcək.
Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.