Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı provokasiya ilə məşğul olan bir qrup erməni azlığın Azərbaycan-Ermənistan sərhədinə doğru yürüşünü müşayiət etməkdən imtina edib.
Bu barədə “Facebook”da özünü “aksiya”nın təşkilatçısı elan etmiş Artur Osipyan adlı şəxs məlumat verib.
O qeyd edib ki, Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun onlara ünvanladığı cavab məktubunda vurğulanır ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmur.
Mənbə: News.am