“Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var”.
“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, aidiyyəti qurumlarla bu məsələ ilə bağlı sıx əməkdaşlıq edilir:
“BQXK-dan gözləntilərimiz yüksək idi”.