• Be. Dek 22nd, 2025

Hikmət Hacıyev BBC-yə: “Biz 200 illik münaqişənin sonuna gəldik”

Byadmin

Okt 5, 2023


Azərbaycan Prezidentinin köməkçisi – Dövlət başçısı Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “BBC News” yayım korporasiyasına Qarabağ bölgəsindəki hazırkı vəziyyəti şərh edib.

“Biz, həqiqətən də, təəssüf edirik ki, mülki əhalinin əksəriyyəti (Azərbaycanın Qarabağ bölgəsinin – red.) getmək qərarına gəlib. Təbii ki, bu halda biz seçim və hərəkət azadlığına hörmət edirik. Yerli əhalinin əksəriyyəti azərbaycanlılara qarşı etnik nifrət hissi yaşayır. Onlar deyirlər ki, Azərbaycan bayrağı altında yaşaya bilməzlər”, – deyə X.Hacıyev bildirib.

“Bu, münaqişənin 30 illik tarixinin bir növ sonudurmu?” sualına Hikmət Hacıyev belə cavab verib:

“Ümid edirik ki, belədir. Biz nəhayət 200 illik münaqişənin sonuna gəldik. Azərbaycan sülh istəyir”.