• Ca. Noy 28th, 2024

Səfir: “Əksər Yaponiya şirkətləri Azərbaycan məhsullarının yapon bazarlarında satışını reallaşdırıb”

ByYenigun.news

Okt 5, 2023


“Yaponiyada qeyri-neft sektoruna maraq var”.

Oxu.Az xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada jurnalistlərə açıqlamasında deyib.

Səfir əlavə edib ki, hətta bəzi məhsulların satışı da mövcuddur.

“Əksər Yaponiya şirkətləri Azərbaycan məhsullarının yapon bazarlarında satışını reallaşdırıb. Lakin məhsulların keyfiyyəti artırılmalı və müəyyən prosedur qaydalardan keçməlidir. Yaponiya bazarlarına daxil olmaq üçün sərt prosedurlar var. Bu məqamlar həll olunmalıdır. Bəzi yapon şirkətləri əməkdaşlığa başlayıblar. Ümid edirik gələcəkdə daha çox Azərbaycan məhsulu Yaponiya bazarına daxil olacaq”.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir