• Ca. Noy 28th, 2024

Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib

ByYenigun.news

Okt 5, 2023


Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun Təşkilat Komitəsi müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100” təqaüd proqramını təsis edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təşkilat Komitəsi bəyan edib ki, bu il 100 illik yubileyini qürurla keçirdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə vaxtilə gənc azərbaycanlı kadrların xaricdə təhsil alması və Vətənimiz üçün önəmli olan yüksək ixtisaslara yiyələnmələri məqsədilə mühüm addımlar atılıb.

Belə uğurlu siyasət nəticəsində tibb sahəsində ixtisaslı azərbaycanlıların sayı artıb. İndi onlar nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərir, elmi nailiyyətləri, ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilirlər.

“Ulu öndərin siyasətini əsas tutaraq, “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramının təsis edilməsi qərara alınıb. Bu proqrama Almaniyada həkim kimi fəaliyyətə başlamaq istəyənlər və tibb təhsili alan gənclər müraciət edə bilərlər”, – deyə proqramla bağlı yayılan müraciətdə vurğulanıb.

Qeyd edək ki, Təqaüd Proqramı müsabiqəsində iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 2023-cü il noyabrın 1-dək müraciət formasını doldurmaq və tələb olunan sənədləri təqdim etmək xahiş olunub. Təqaüd Proqramı ilə bağlı sualların chairman@allianz-az.org elektron poçtuna ünvanlanması nəzərə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir