Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar.
Oxu.Az xəbər verir ki, 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda baş tutacaq “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələri İçərişəhər, Şuşa və Şəki qala şəhərlərini ziyarət edəcəklər.
Ziyarət çərçivəsində tarixi abidələr, eləcə də post-müharibə dövründə aparılan bərpa işləri ilə tanışlıq olacaq.
Xatırladaq ki, “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və TDT-nin təşəbbüsü ilə keçiriləcəkdir.