• Be. Dek 22nd, 2025

DİN: “Xankəndidə kafedral və kilsə mühafizə olunur”

Byadmin

Okt 5, 2023


Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.

Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.