• C. Noy 29th, 2024

Spiker: “Avropa Parlamentində bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir”

ByYenigun.news

Okt 6, 2023


“Avropa Parlamentində belə qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir:

“Sözügedən sənəd əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsinlər ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir