• Be. İyn 15th, 2026

XİN-dən Zəfər Günü ilə bağlı paylaşım – FOTO

Byadmin

Noy 8, 2023


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.

Nazirliyin “X” hesabındakı paylaşımında canı və qanı bahasına Azərbaycan tarixinə şanlı zəfəri yazan igidlərə xüsusi diqqət çəkilib.

“Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr – Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün mübarək, Azərbaycan!”, – paylaşımda qeyd olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir