Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyuna qədər artırılıb.
Yenigun.news xəbər verir ki, bunu prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O, qeyd edib ki, karantin rejimi son dəfə aprelin 1-dək uzadılmışdı. İndi bu müddət iyun ayına kimi uzadılır.
“Yoluxmanın artması ilə bağlı hər hansı xüsusi sərtləşmə qərarı yoxdur. Sadəcə martın 29-na kimi ictimai nəqliyyatın hərəkəti dayandırılacaq”.