• Bz. Dek 21st, 2025

Məhkum Əfsanə Cəfərova: “İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm”

Byadmin

Fev 7, 2024


“İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm”. 

Oxu.Az xəbər verir ki, bunu Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verən məhkum Əfsanə Cəfərova deyib. 

O bildirib ki, üç aydır cəzaçəkmə müəssisəsindəyəm: 

“2 il 11 ay həbs cəzası almışam, uşaqlarıma anam baxır. İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm. İnandığım namizədə səs verdim. Azərbaycan üçün bu gün hər kəs səsvermə hüququndan istifadə etməlidir”.

Könül Cəfərli