• Bz. İyl 27th, 2025

Bakıda ağır qəza: Qadın maşının pəncərəsindən çıxaraq quyuya düşüb öldü

ByYenigun.news

Fev 9, 2024


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı qadın quyuya düşüb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

“Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. Qəzadan yayınmaq istəyən “Opel”in sürücüsü sərt manevr edib və avtomobili aşırıb. Avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Nəzakət Şabalı qızı Ağayeva maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, onlar ötən həftə ailə quran qızlarının evinə qonaq gedirlərmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir