• C. Dek 27th, 2024

Azərbaycandakı prezident seçkisi Kuba mətbuatının diqqət mərkəzindədir

ByYenigun.news

Fev 11, 2024


Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi geniş işıqlandırılıb.

Bu barədə Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən bildirilib.

Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkisində iştirak etdiyi və Azərbaycan xalqının 92 %-dən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkidə qələbəsi münasibəti ilə ünvanlanan təbrik məktubundan bəhs olunub.

Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkinin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkidə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.

Materiallarda habelə, seçkini işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir