• Be. Dek 22nd, 2025

Milli Məclisdə Asiya Parlament Assambleyasının tədbiri keçiriləcək

Byadmin

Fev 19, 2024


Fevralın 20-dən Milli Məclisdə Asiya Parlament Assambleyasının tədbiri keçiriləcək.

“Report”un xəbərinə görə, toplantı fevralın 23-dək davam edəcək.

Tədbirdə İran, Rusiya, Türkiyə və digər ölkələrin parlamentlərinin nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.