• Be. Dek 22nd, 2025

Türkiyə Prezidenti: “TDT-nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram”

Byadmin

Fev 19, 2024


“Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək”.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.