• Ç. Noy 27th, 2024

İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır

ByVuqar Ferzeliyev

Apr 26, 2024

       Azərbaycan-Qırğız əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Dövlətimizin başçısının bütün səfərləri zamanı əldə edilmiş razılaşmalar Qırğızıstanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.       

        Azərbaycan Prezidenti İlham Əliyev Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib: “Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq”.

        Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək. Hər şeydən aydın görünür ki,  görüş zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək.       

        Xüsusilə nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Mühüm nəqliyyat marşurutlarının üzərində yerləşən Azərbaycan və Qırğızıstan fəal əməkdaşlıq həyata keçirir. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək məqamdır. Qırğızıstan üçün Azərbaycan və Gürcüstandan keçərək Qara dənizə çıxışı  böyük əhəmiyyət kəsb edir.

        Ümumiyyətlə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Qırğızıstanın yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

        Qəbul edilən qərarlar geniş spektri – mədəni-humanitar əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalarla bağlı sahələri də əhatə edir. Nəticə isə budur ki, Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşır, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyulur.

Bağış Mustafayev,

Alar bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir