• Be. Noy 25th, 2024

Soltan Məmmədov: “Azərbaycan hər zaman tolerant ölkə kimi tanınır”

ByYenigun.news

May 1, 2024




“Azərbaycan hər zaman tolerant ölkə kimi tanınır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov deyib.

O, qeyd edib ki, belə bir forumla etnik, mədəni, dini amillərdən irəli gələn ziddiyyətləri aradan qaldırmağa, mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışırlar:

“Azərbaycan bütün dünyada ümumi dəyərlərin mühafizəsinə önəm verir. Heydər Əliyev Fondu bu istiqamətdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələri həyata keçirib. “Azərbaycan tolerantlıq məkanı” adlı layihəmiz sərhədlərimizdən kənarda da kifayət qədər tanınan layihədir. Berlin kilsəsinin bərpasına, Romadakı “Filosoflar zalı”nın bərpasına, Parisdə yerləşən Luvr muzeyində İslam mədəniyyəti seksiyasının qurulmasına, Versal sarayının bərpasına və s. çoxsaylı mədəni layihələrdə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu Azərbaycanın ümumbəşəri irsə verdiyi dəyərin göstəricisidir”, – deyə S.Məmmədov əlavə edib.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir