• Be. Noy 25th, 2024

Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə olunub – FOTO

ByYenigun.news

May 2, 2024




Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolu qeyd edilib. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, təhsil, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin mövcudluğu vurğulanıb. Ölkəmizdə yaradılmaqda olan İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün vacib əhəmiyyətə malik olduğu qeyd edilib.

C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, Azərbaycanla Ermənistan arasında normallaşma, sülh gündəliyi, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir