• Ca. Sen 24th, 2026

Azərbaycan iqtisadiyyatının mühüm sahəsi

ByVuqar Ferzeliyev

Sen 24, 2026

Sentyabrın 22-də Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə  “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə  dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin və uzunmüddətli inkişaf strategiyasının növbəti göstəricisidir

Ermənistan torpaqlarımızın bir hissəsini işğal altında saxlayarkən həmin ərazilərdə olan sərvətləri istismar edib və qeyri-qanuni olaraq xarici şirkətləri həmin ərazilərə cəlb edirdi:

Ancaq müşavirədən göründüyü kimi, bu, artıq dövlətin xüsusi diqqətində olacaq. Bu, eyni zamanda xarici investisiyaların cəlb edilməsində də böyük rol oynayacaq. Bu, yeni iş yerləri və büdcəyə qeyri-neft sektorundan xeyli gəlirlərin artması eyni zamanda, Azərbaycan iqtisadiyyatının yeni sahəsinin inkişafı deməkdir.

Bir qayda olaraq, təbii sərvətlərin çıxarıldığı sahələrdə ya yeni yaşayış məntəqələri salınır, yaxud da mövcud yaşayış məntəqələri daha da inkişaf edir.

Bir sözlə,  Möhtərəm  Prezident cənab İlham Əliyevin  bu məsələyə dair müşavirə keçirməsi Azərbaycanın dağ-mədən sənayesinin inkişafına bundan sonra xüsusi diqqət edəcəyini, bunun üçün xüsusi layihələrin hazırlanacağını göstərir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu məqsədlərlə uzlaşır.

Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir.

                                                                                   Rafael Məmmədov,

                                                                     Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir