“Minalardan təmizləmə baxımından beynəlxalq əməkdaşlıq vacibdir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.
O qeyd edib ki, Avropa İttifaqına Azərbaycanın mina probleminə önəm verdiyinə görə təşəkkür edib:
“Həqiqətən də 30 il ərzində Ermənistan işğalı nəticəsində əmələ gələn problemdir. Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”, – o deyib.
H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin köməyi bu sahədə vacibdir:
“2024-cü il mayda Zəngilanda mina ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Mədəni irsimizə də mina problemi nəticəsində ciddi problem dəyib”.