• C. Avq 29th, 2025

Prezident İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”

ByYenigun.news

May 8, 2024




“Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, – deyə dövlətimizin başçısı əlavə edib.