• Be. Noy 25th, 2024

Kilsə Ermənistanı “partlatmaq” əmri alıb: Paşinyan nə edə bilər? – TƏHLİL

ByYenigun.news

May 10, 2024




Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir.

Bu plan Ermənistan vasitəsilə:

– Ölkədə vətəndaş qarşıdurmasının yaradılması,

– Ardınca yarana biləcək xaotik durumdan regional qarşıdurmalar ssenarisinə keçidə hazırlıqdır.

Paşinyana qarşı “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın “lider” olaraq önə çəkilməsi isə İrəvanın siyasətindəki kilsə ideologiyasını canlandırmaqdır.

Bununla kənar oyunçular regionda öz güclərinin mərkəzləşdirilməsini yaratmağı hədəfləyirlər.

Kilsə üçün verilən təlimat belədir ki, o, Ermənistanda ideoloji əsaslı sarı simlərə toxunaraq birinci növbədə Paşinyana qarşı olan siyasi qüvvələri və ictimai xadimləri eyni çətir altına toplasın.

İkinci etapda vahid cəbhədə toplanan kütlənin hakimiyyətə qarşı itaətsizliyini təşkil etmək hazırlıqları dayanır. Artıq bununla əlaqədar çağırışlar artmaqdadır. 

Üçüncü mərhələ isə daha təhlükəlidir, mümkündür ki, ordu daxilində Paşinyan əleyhinə olan qüvvələr Azərbaycanla sərhəd bölgələrdə silahlı təxribatların əmrvericisinə çevrilsinlər.

Deməli, Ermənistan daxilində narazı qruplar elə bir tezislərə inandırılır ki, ölkədəki zorakılıq gündəlik sabit hala çevrilsin.

Mümkün ssenarilərin bütün mərhələlər üzrə uğurla yekunlaşması çətin görünür, çünki:

– Etirazlar hələlik Paşinyana qarşı böyük resurs imkanlarından məhrumdur,

– Etirazların Paşinyanı devirə biləcək silahlı müqavimət gücü yoxdur,

– Paşinyanın tərəfdarları və elektoratı önündə ideal qırılma xətti yarada bilmək potensialı zəifdir.  

Bununla belə, erməni kilsəsinin Azərbaycana nifrətindən istifadə edərək onun yönləndirilməsinə, idarə edilməsinə cəhdlər çoxala bilər. Bu, Paşinyanın hakimiyyət kreslosu üçün də təhdid komponentlərinin tərkib hissəsidir.

Buna görə də, Paşinyan kilsə əsaslı etirazların baza formalaşdıra bilmək qabiliyyətini araşdırmaq üçün təhlükəsizlik qüvvələrinə “reyd” keçirməyi tapşıracaq.

Hər bir halda, Paşinyanın Azərbaycanla sülh gündəliyinə uyğun təşkil edən davranışları onu kilsənin, erməni lobbisinin, Rusiya, ABŞ, Fransa, İranın dişləri arasında sıxılmasına gətirib çıxarır.

Çətin vəziyyətdə qalan Paşinyan indi elə etməlidir ki, Ermənistan dövlətinin suverenliyi daha böyük daşlar altında qalmasın.

Paşinyan etirazların kütləviləşməsi və ölkə boyunca yayılması halında mərhələli variantla çıxış edə bilər.

Birincisi, Paşinyanın tərəfdarlarının etiraz aksiyalarının keçirilməsinə nail olmaqdır.

İkincisi, Paşinyan elə gedişlər etməlidir ki, zorakılığa meyilli revanşist qüvvələrin öz daxilində parçalanma sürətlənsin.

Bunun üçün Paşinyanın yeni tezislərə ehtiyacı olacaq ki, o, erməni cəmiyyətini regional dəyişikliklərə inandırma qabiliyyətini yüksəltsin.

Mümkündür ki, bu, tezislər Azərbaycanla sərhəddə hərbi təxribatdan sonra Bakının ata biləcəyi sərt addımlar fonunda daha da sağlamlaşsın.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir