• Şb. Noy 23rd, 2024

Azərbaycan-Pakistan münasibətlərinin yeni inkişaf dövrü

ByVuqar Ferzeliyev

İyl 15, 2024

      Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin Pakistana səfəri və səfər zamanı ölkəmizin rəhbərinin yüksək səviyyədə qarşılanması, göstərilən böyük hörmət və ehtiram dünyada geniş əks-səda yaradıbdır. Bu da səbəbsiz deyildir, çünki hər iki dövləti səmimi və sağlam münasibətlər, dostluq və qardaşlıq əlaqələri birləşdirir.

      Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı
münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də
qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

   Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il
dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə
Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
    İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada
Pakistanın ovaxtki Baş naziri Benazir Bhutto ilə görüşündən sonra
başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə
qədəm qoyub;         

    Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir
və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan
yüksək səviyyəli münasibətlər saxlayır.  

         Dövlətimizin başçısının Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik. Hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq. Qarşılıqlı etimad və səmimiyyət üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır.         

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir