Bu ilin oktyabr ayının 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iclasda iştirak etmişdir. Sözü gedən iclasda çıxışı zamnaı ölkə rəhbərimiz Cənab İlham Əliyev bir sıra önəmli fikirləri dünya ictimaiyyətinə çatdırmışdır.
Öz çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdəki ardıcıl inkişafı işinə yüksək xidmət edəcəyindən danışan dövlət başçımız Cənab Prezident İlham Əliyev daha sonra söylədi ki, – “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.”
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çox mühüm bir hadisədir. Belə ki, Paşinyanın da olduğu bir formatda belə bir qərarın verilməsi erməniləri sözün əslə mənasında məyus etmişdir. Paşinyanın müxalifətinin əsas bazası sayılan Qarabağ erməniləri isə bu faktı Paşinyanı bir az da gözdən salmaq üçün istifadə edirlər. Bir sıra müxtəlif erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əlbətdə ki, bu qərar Azərbaycan dövlətinin diplomatik əlaqələrindəki qələbəsidir və bu qələbə Azərbaycanımızın beynəlxalq aləmdəki nüfuzundan irəli gəlir.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru