• Şb. Noy 23rd, 2024

Füzulinin yeni inkişaf dövrü

ByVuqar Ferzeliyev

Okt 16, 2024


       Bu gün Füzuli rayonunda ötüb keçən illər ərzində işğaldan, erməni
təcavüzündən zərər çəkmiş ərazilərdə müharibə ağrılarına məlhəm qoyulur.
Rayonun ərazisində aparılan hərtərəfli abadlıq-quruculuq işləri ilə yanaşı, məcburi köçkünlər üçün də onlarla yeni qəsəbələr salınıb, insanlara rahat şərait yaradılıb. Ötən ilin aprel ayında düşmənin təxribat diversiyasına layiqincə cavab verən milli ordumuzun hissələri uzun illərdən bəri işğal altında qalan Lələtəpəni azad edərək minlərlə hektar əraziyə nəzarəti ələ keçirib. Bu tarixi qələbə bütün xalqımız kimi, cəbhə xəttində yaşayan insanların da daha çox qüruruna, iftixarına, inamına və sevincinə səbəb olub. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
      Qeyd edək ki, Füzuli rayonu 1993-cü ilin avqustunda işğala məruz qaldıqdan sonra 1994-cü ilin yanvar ayında ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi, 50 min hektara yaxın ərazisi işğaldan azad edilib. Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 65 min nəfərdən artıq əhali yaşayır. 55 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb.
      Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırıb. Füzuli şəhərlərinin Baş planın təsdiqlənib. Füzuli-Şuşa avtomobil yolu, Zəfər yolu, Füzuli-Hadrut avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları, 180 çarpayılıq xəstəxana binası, Aşağı Köndələnçay su anbarı, Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyası, çoxmənzilli yaşayış binaları, Dövlətyarlı “Ağıllı kənd”i, peşə liseyi, orta məktəb binaları, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi, içməli su təchizatı və kanalizasiya sistemi və digər obyektlər Füzulinin əsas simasını təçkil
edir.

      Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.


Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir