• Ca. Okt 15th, 2026

Laos-Yanardağ körpüsü

ByVuqar Ferzeliyev

Okt 15, 2026

Oktyabrın 13-də Azərbaycana rəsmi səfər edən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitinin Prezident İlham Əliyevlə görüşləri və aparılan faydalı müzakirələr isə münasibətlərin inkişafında yeni dövrün başlanması kimi səciyyələndirilə bilər.

      Laos bizim üçün dost ölkədir, yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir

Oktyabrın 13-də “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə ilə Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə etdilər.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 14-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib. Qoruğun tərkibində “Yanardağ” – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələrinin də yer aldığı vurğulanıb.

                                                                                                       Rafiq Hüseynov,

                                                              YAP Cəlilabad RT, Kürdlər ƏPT-nin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir