Türkiyənin koronavirusa qarşı “Turkovac” vaksini Britaniya ştammına qarşı 100 faiz effektivlik göstərib.
“Yenigun.news” xəbər verir ki, bunu vaksin layihəsinin rəhbəri Aykut Özdarendeli mətbuata açıqlamasında deyib.
O bildirib ki, vaksinin “Delta” ştammına qarşı təsiri ilə bağlı araşdırmalar davam edir:
“Turkovac” vaksini üçüncü fazaya yeni keçdi. İndi son mərhələsi olan, yəni istifadə icazəsi almadan öncəki son mərhələdə minlərlə könüllü üzərində sınaqları ehtiva edir. Bundan sonrakı mərhələ artıq peyvəndin kütləvi tətbiqidir, əlbəttə ki, nəticələr yqaxşı olduğu təqdirdə”.