• Bz. Noy 24th, 2024

Ölkə başçısı Kəlbəcərdəki arıçılarla görüşdü

ByYenigun.news

Avq 17, 2021

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərdə arıçılarla görüşüb. 

Prezident və Birinci vitse-prezident arıçılarla görüşüb söhbət ediblər:

Arıçılar: Azərbaycanda arı ailələri iki dəfədən çox artıb.Prezident İlham Əliyev: Bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ki, ixrac edəsiniz. Göstərməyə bir şey var?

Arıçı: Göstərməyə bəli var. Mən indi bir arı papağı verəcəyəm.

Prezident İlham Əliyev: Onlar bilirlər biz kimik, bizə dəyməzlər. Bu, baldır?

Arıçı: Bəli, baldır, əsl Kəlbəcər balıdır. İcazə versəydiniz, bunlardan Sizə iki dənə hədiyyə verərdim.

Prezident İlham Əliyev: İki dənə çoxdur, yox. Bir dənə bəsdir. Biz Kəlbəcər balından da dadarıq. Hazırdır da bu?

Arıçılar: Bəli, artıq hazırdır. Biri budur, birini də başqa yeşikdən taparam.

Prezident İlham Əliyev: Yox, biri bəsdir. Bir dənə bəsdir dadmaq üçün.

Birinci vitse-prezident Mehriban Əliyeva: Bir dənə bəsdir.

Arıçılar: Vuracaq indi.

Prezident İlham Əliyev: Yox, bizə dəyməz, o, bilir ki, biz kimik. Sizdən başqa da arıçılar var?

Arıçılar: Var, başqa arıçılar da var. Pilot layihə kimi 5 arıçı gəldi. Sonra başqa arıçılar gəldilər. Qoy bir dənə də çıxarım.

Prezident İlham Əliyev: Yox, yox bəsdir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Orada arı qalıb üstündə.

Arıçı: Bu, tam möhürlü olmadı, istəyirəm tam möhürlüsünü verim.

Prezident İlham Əliyev: Yox, elə bu, kifayətdir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Orada arılar var. Çəkirəm.

Prezident İlham Əliyev: Gəlin birlikdə şəkil çəkdirək.

Sağ olun. Mən bütün köçkünlərə söz vermişdim ki, onları dədə-baba yurduna qaytaracağam.

Arıçılar: Biz inanırdıq, ona görə ki, biz Sizə inanırdıq, xalqımıza inanırdıq, şəhidlərimizə inanırdıq. Bizim təsərrüfatımızın builki məhsulunun 20 faizi şəhid ailələrinə yönəldiləcək.

Prezident İlham Əliyev: Çox yaxşı. Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz.

Arıçı: Bəli genişləndirəcəyik. Çünki tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

Prezident İlham Əliyev: Sovet vaxtında da Kəlbəcərdə arıçılıq inkişaf etmişdi.

Arıçılar: Kəndin özündə olub sovet vaxtında. Sovet İttifaqında Kəlbəcər balının adı çıxmışdı. Bu adı inşallah, özünə qaytaracağıq.

Prezident İlham Əliyev: Ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər.

Arıçı: Ata-babalarımızın kökü buradadır, atamın qəbri buradadır. Kəlbəcərdə heç vaxt erməni yaşamayıb.

Prezident İlham Əliyev: Bilirəm, heç vaxt. Amma sonra Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.

Arıçılar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, uğurlar sizə. Çox sağ olun.

Prezident İlham Əliyev: Bütün qohum-qardaşlara salam deyin.

Arıçılar: Allah Sizi bu xalqımıza çox görməsin. Sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir