• Ca. Okt 3rd, 2024

Bakı Olimpiya Stadionunun ərazisində xarı bülbül əkildi

ByYenigun.news

Apr 5, 2021

Bakı Olimpiya Stadionunun (BOS) ərazisində 44 günlük Vətən Müharibəsinin zəfər simvolu olan xarı bülbül gülü əkilib.

Bu barədə “Report”a BOS-un Mətbuat katibi Fərid Əsadzadə məlumat verib.

Onun sözlərinə görə, bitkiləri Şuşaya səfər edən dostları gətirib: “Ərazidə 3 ədəd xarı bülbül əkmişik. Amma onların yerini dəyişdirməyi düşünürük. Məqsədimiz gülü daha yaxşı mühafizə olunan əraziyə yerləşdirməkdir. Çünki Bakı küləkli şəhərdir. Bilirsiniz ki, xarı bülbül hər yerdə bitmir. Bitkinin buranın iqliminə uyğunlaşıb-uyğunlaşmayacağını bilmirik”.

Stadion rəsmisinin sözlərinə görə, gülləri qoruyub saxlaya bilsələr, sayı daha da artırılacaq: “Əvvəlcə onların burada qalacağından əmin olmalıyıq. Bunu bacarsaq, gələcəkdə xarı bülbülün saytını artırmaq ideyamız var”.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir