• C. Apr 26th, 2024

Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verildi

ByYenigun.news

Mar 18, 2021

44 günlük Vətən müharibəsində şəhid olan ordumuzun hərbi qulluqçusu Cəbrayıl Dövlətzadənin ailəsinə Sumqayıt şəhərində üçotaqlı mənzil verilib.

Yenigun.news
 xəbər verir ki, mənzilin açarlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.

Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra “Vətən uğrunda” mdealı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir