• C. Apr 26th, 2024

İsmayıllıya dolu yağdı, Lahıca gedən yol bağlandı – Foto

ByYenigun.news

Apr 4, 2021

Bu gün axşam saatlarında İsmayıllı rayon ərazisinə yağan yağış sonradan qar və güclü dolu ilə müşahidə olunub.

“Yenigun.news” Azərtac-a istinadən xəbər verir ki, dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan düşən qaya parçaları və torpaq qatı İsmayıllıdan Lahıca gedən yolu bağlayıb.

Hazırda rayonun kəndlərində yağmurlu hava şəraiti davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək Muğanlı-İsmayıllı-Qəbələ yolunda hərəkətin bərpası üçün tədbirlər görür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir