• Ca. Dek 26th, 2024

Rayon yolları bağlanır?

ByYenigun.news

Mar 19, 2021

Bir neçə gündür sosial şəbəkələrdə Novruz bayramı ərəfəsində şəhərlərarası gediş-gəlişin dayandırılacağı ilə bağlı məlumatlar yayılmışdı. Günün birinci yarısında isə bəzi saytlarda Nazirlər Kabinetinin ötən il Bakıya giriş-çıxışa qoyulan məhdudiyyət qərarı yeni qadağalar kimi paylaşılmışdı.

Yenigun.news xəbər verir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar siyahısında rayon yollarının bağlanması ilə bağlı müddəa yoxdur.

Bugünkü qərarlara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun saat 06:00-dək uzadılıb. Martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Həmçinin aprel və may aylarında ictimai nəqliyyat qrafiklə işləyəcək.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov da bu gün brifinqdə 9 günlük bayram tətilində yalnız ictimai nəqliyyat və karantin rejiminin uzadılması ilə bağlı qərar verildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir