• Be. Dek 30th, 2024

ZƏNGƏZUR BİZİM ÜÇÜN TARİXİ VƏTƏNDİR

ByYenigun.news

Apr 26, 2021

Azərbaycan Prezidenti Zəngəzur dəhlizi haqqında danışarkən istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində mühüm fikirlər səsləndirdi. Bir daha aydın oldu ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Yəni Ermənistan buna mane olmaq fikrinə düşəcəksə, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək.
.
Bu qətiyyətli fikir Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla, həm də onları bu və ya digər platformada dəstəkəyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi: “Çünki bəzi regional və regiondankənar güclər var ki, onlar Cənubi Qafqazda sabitiliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı deyillər. Hər kəsə aydındır ki, Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var. Məhz bu tarixi reallıqdan çıxış edərək Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir.

   “Yəni indiki Ermənistan 101 il əvvəl elə Zəngəzur da daxil olmaqla İrəvan, Göyçə, Zəngibasar, Vedibasar, Lori-Pəmbək ( Ağbaba-Şörəyil ), Dərələyəz və s. kimi tarixi Azərbaycan torpaqlarında yaradılıb. Doğrudan da, Azərbaycan Prezidenti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına izin vermədi. Qarabağımız işğaldan qurtarıldı. Ancaq birinci erməni dövlətinə münasibətdə tarixi gerçəklik fakt olaraq qalmaqdadır. Ona görə də Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Bu, milli tarixi yaddaşımıza səsləniş və mövcud reallığın obyektiv əsaslarda ədalətli qiymətləndirilməsi idi.
   Prezident işğaldan azad olunmuş ərazilərlə bağlı danışarkən deyib ki, indiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. 
    Erməni faşizmi faşizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Ermənizm vandalizmin ən amansız, ən qəddar nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində erməni faşizminin bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyəndə, məhz bu tarixi həqiqətlərdən çıxış edir, yüksək mədəniyyət və humanizm ideyalarının daşıyıcısı olan bir xalqın lideri kimi insanlığa səslənirdi. Dövlət başçısının Zəngəzur xəbərdarlığı ilə bağlı dediklərinə gəldikdə, Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr bəyanatının tərkib hissəsi kimi, razılaşmanın ən önəmli müddəalarından biri kimi öz həllini tapmalıdır. Azərbaycan yalnız bu sənəddə ifadə edilmiş şərtlər çərçivəsində atəşkəsə, daha dəqiq desək, Ermənistanın kapitulyasiyasına razılıq verib. Ermənistan və bu ölkənin özünü ərköyün uşaq kimi aparan əhalisi başa düşməlidir ki, şərti biz qoyuruq, onlar yox! Əgər 10 noyabr bəyanatının hər hansı bir müddəası yerinə yetirilməszə, şübhəsiz ki, bu, güc yolu ilə gerçəkləşəcək. Bunun alternativi yoxdur.

Əliyev Məlik, Cəlilabad rayonu, Xanəgah kənd ASM müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir