• Bz. May 12th, 2024

Məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər

ByVuqar Ferzeliyev

Apr 7, 2022

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda növbəti görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Cəlilabad rayonun Alar kəndində keçirilən görüşdə çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirici görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Məktəblilərə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə ətraflı məlumat verilib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıb.

Daha sonra çıxış edən Cəlilabad RİH başçısının müavini Elnarə Həsənova, narkoloq-həkim Hilal Quliyev və digərləri qeyd ediblər ki, narkomaniya bəlasına qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalı, sağlam, işıqlı gələcək naminə bu işdə laqeydlik göstərilməməlidir.

Sonda müzakirə olunan mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir