• C. Apr 19th, 2024

Milli maraqların qorunması və təmin olunması əsas şərtdir

ByVuqar Ferzeliyev

Mar 9, 2023

       Bildiyimiz kimi, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Cənab Prezident İlham Əliyevin həmin iclasdakı nitqi dövlət quruculuğu müstəvisində taleyüklü əhəmiyyət daşıyır.

        Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz.

       Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz. Gizli deyil ki, ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.

        Milli Məclisin 2020-ci il martın 10-daq keçirilmiş iclasından tarixən çox qısa bir müddət ötüb. Bu müddətdə qazandığımız ən böyük uğur bizim şanlı Zəfərimizdir. Ölkəmizdə milli maraqların təminatı və təhlükəsizlik mühiti bərqərardır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir.

       Düşünürəm ki, altıncı çağırış Milli Məclis Prezidentimizin çıxışında müəyyən edilmiş yeni müstəvidə bundan sonra da uğurla fəaliyyət göstərəcək və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini daha bariz şəkildə verəcək. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun şəkildə işini quracaq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaq.

İlqar Həsənov,

Göytəpə şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir