• Bz. Apr 28th, 2024

Prezident üç nəfərə ali xüsusi rütbələr verdi — SƏRƏNCAM

ByYenigun.news

Mar 17, 2021

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Yenigun.news xəbər verir ki, sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

– Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi

– Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir