• Be. Apr 29th, 2024

TƏQVİMDƏN YARPAQ – “QALAQAPI”

ByYenigun.news

Apr 16, 2021

       Xalqın qəhrəmanlıq tarixində keçmiş və müasir zaman bir-birinə qırılmaz tellərlə bağlıdır, dünənki müharibənin bugünkü həyatımıza təsiri hələ də qalmaqdadır.

      Bu şəkildə hazırda Cəlilabad şəhərinin simvoluna çevrilmiş, xalq arasında “Qala qapı” deyilən abidə əks etdirilmişdir. Obyektin açılışı tarixi bu günlərə düşür və alman faşizmi üzərində Qələbənin ildönümü ilə bağlıdır.

       1985-ci ilin yanvar ayı idi, o vaxt Qələbənin 30 illiyi münasibətilə rayonlarda böyük tədbirlər həyata keçirilirdi. Mərkəzi Komitənin Tədbirlər planına uyğun olaraq hər yerdə xatirə abidələri inşa olunurdu. Bir dəfə axşam saat 11-də raykomun 1-ci katibi İbrahim Qurbanov bir qrup fəalın dəvət edilməsini tapşırdı. Həmin müşavirədə Qələbəyə həsr olunmuş abidənin yaradılması qərara alındı, tezliklə eskizlər hazır oldu, işə başlanıldı. Hamı, bütün ictimaiyyət bu işə çox böyük həvəslə kömək edirdi, başqa rayonlardan xüsusi bəzək-inşaat materialları gətirildi. Qaynaqçı Oqtay Ağayev şəhərdən kənardakı bulaqdan su xətti çəkdi. Usta Qüdrət aprelin ortalarında abidəni təhvil verdi.

        İndi bu abidənin məzmunu bir qədər fərqli görünür, yəni burada həkk olunmuş “1945-1985” rəqəmlərindən başqa müharibəni əks etdirən elementlər demək olar ki, yoxdur. Məsələ burasındadır ki, o vaxt bu ərazidə xüsisi tarixi memarlıq ansamblı yaratmaq nəzərdə tutulmuşdu, layihəyə Nazirlər Kabinetində də baxılmışdı. İndiki Seyrəngahdan Təhsil şöbəsinin binasına qədər geniş bir meydan olmalı idi, “Ana abidəsi” də biraya köçürülməli, haqqında söhbət gedən tikili isə ümumi estetik-tarixi obyekt kimi qalmalı, indiki kafenin yerində muzey, H.Əliyevin heykəli tərəfdə tribuna-konsert səhnəsi tikilməli idi. Sonradan rəhbərliyin dəyişilməsı, məlum hadisələr ucbatından həmin ideya həyata keçirilməmiş qaldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir