• Şb. Dek 21st, 2024

Rusiyada insan beyninə çip yerləşdirəcək proqram hazırlanır

ByYenigun.news

İyn 23, 2021

Rusiya Təhsil və Elm Nazirliyinin nəzdində yeni bir “2021–2029-cu illər üçün beyin, sağlamlıq, zəka, yenilik” federal proqramının hazırlanması üçün işçi qrupu yaradılıb.

“Yenigun.news” “Kommersant” nəşrinə istinadən xəbər verir ki, proqramın büdcəsi 54 milyard rubl dəyərində qiymətləndirilir.

Layihənin əhatə etdiyi sahələr arasında beyin-kompüter interfeysi (BCI) texnologiyalarının inkişafı da yer alır. Texnologiya süni intellektdən istifadə etməklə beyindən gələn elektrik siqnalları ilə xarici cihazları birbaşa (kompüter və ya ekzoskelet) idarə etməyə imkan verən bir sıra kompüter və proqram sistemlərindən ibarətdir.

Sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə hazırlanıb və mart ayında Prezident Vladimir Putin tərəfindən təsdiq edilib.

Təhsil və Elm Nazirliyi layihənin inkişafın ilkin mərhələsində olduğunu açıqlayıb.

Proqram üçün vəsaitlərin “Elm”, “Demoqrafiya”, “Səhiyyə”, “Əmək məhsuldarlığı və məşğulluğun dəstəklənməsi” və “Rəqəmsal iqtisadiyyat” milli layihələrindən ayrılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir