• Şb. Apr 27th, 2024

Ağsuçay üzərində asma körpü inşa edilir – FOTO

ByYenigun.news

Mar 15, 2021

Ağsuçay üzərində 76.5 m hündürlüyündə asma körpü inşa edilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. 

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud iki zolaqlı yol genişləndirilərək dörd hərəkət zolağından ibarət olacaq.

Yeni layihə boyu biri tunel, biri asma körpü olmaqla səkkiz böyük və beş kiçik körpü də layihələndirilib.

Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 kilometrlik hissəsidir ki, burada sürüşməyə qarşı tədbir olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. tədbirlər nəzərdə tutulub. 

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir