• C. Dek 27th, 2024

Dövlət Bayrağının təsviri.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

     Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir:

 Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir.

Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır.

Aypara və ulduz ağ rəngdədir.

Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

    Azərbaycan Respublikasının bayrağı – Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biridir. Bayraq ilk dəfə olaraq 9 noyabr 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Ağayev Telman

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir