• C. Dek 27th, 2024

Dünyada Azərbaycan-Türkiyə müttəfiqliyinin analoqu yoxdur

ByVuqar Ferzeliyev

Sen 27, 2023

        Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan bir çox mühüm məsələyə toxundu və birmənalı şəkildə dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

        Bəşəriyyət yarandığı gündən bu günə kimi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsinə rast gəlmək mümkün olmayıb. Çünki bizim dostluğumuzun mayasında “Bir ananın iki oğlu” qayəsi dayanır. Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir. Bizim bu qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir-birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çünki bizim qardaşlığımız milli maraqlar üzərində qurulub.

         Tarixi bağlara toxunan cənab Ərdoğan bir sıra çətin dönəmlərdə, dar günlərdə iki qardaş xalqın nümayəndələrinin çiyin-çiyinə mübarizə apardığını, bir-birini dəstəklədiyini qeyd etdi və vurğuladı ki, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

        Prezidentlərin çıxışının əsas hissəsi məhz həmin Bəyannamədə əksini tapan məqamlarla bağlıydı. Hər iki dövlət rəhbəri dərin razılıqla bildirdilər ki, Şuşa Bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir-birinin arxasındadır. Eyni zamanda bu regionda sülhün, təhlükəsizliyin və sabitlyi bərqərar olunmasına xidmət edir. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artıb. Eyni zamanda, Türkiyə daxil olmaqla, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi çox böyük geostrateji əhəmiyyətə malikdir.

        Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq.

       Dövlət başçılarının çıxışlarında region dövlətlərinə, xalqlarına və bütün dünyaya çağırış vardı. Bu, regionda güc mərkəzi formalaşdırmağı bacarmış iki qardaş dövlətin çağırışı idi. Bu, ilk növbədə, sülh və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq çağırışı idi ki, onun da əhatə etdiyi niyyətin reallaşdırılmasına bizim güc potensialımız yetir. Əgər bu çağırış adekvat qiymətləndirilsə, Ermənistan da daxil olmaqla, regionda hər kəs, regiondan kənarda da bir çoxları əməkdaşlıqdan fayda götürəcək. Və bu, hər bir sülhsevər vətəndaşımızın ürəyindən xəbər verir.

                                                                                                            Elnur Əmirov,

                                    Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər             

                                      İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir