• Şb. Apr 20th, 2024

“Super çiçək qanlı Ay”dan – Fotolar

ByYenigun.news

May 27, 2021

Xəbər verdiyimiz kimi, bu ilin ilk Ay tutulması hadisəsi bu gecə qeydə alınır.

“Yenigun.news” xəbər verir ki, “Anadolu” agentliyinin fotoqrafları dünyanın müxtəlif yerlərindən Ay tutulmasını kameranın yaddaşına köçürüblər.

Mayda ortaya çıxdığı üçün “çiçək” olaraq anılan “super Ay” tutulması zamanı Ayın büründüyü qırmızı rəngə görə ona “qanlı Ay” da deyirlər.

“Super çiçək qanlı Ay” ilk olaraq Avstraliyada görüntülənib.

Bu ilin tam Ay tutulması olan “super çiçək qanlı Ay”ı Şimali Amerikanın qərbində, Meksika, Mərkəzi Amerika ölkələri, Perunun qərbi, Çili və Argentinanın şimalı ilə Avstraliyanın şərqi, Yeni Zelandiya və Sakit Okeanın şərqindəki adalarda izləmək mümkündür.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir