• Şb. Apr 27th, 2024

Azərbaycan etibarlı tərəfdaş, təşəbbüskar ölkədir

ByVuqar Ferzeliyev

Okt 4, 2022

      Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.  Azərbaycanın birbaşa iştirakçısı olduğu Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox təsirli rol oynamaqdadır. Xüsusilə Cənub Qaz Dəhlizi layihənin əsas seqmentləri olan TANAP və TAP vasitəsilə Türkiyə üzərindən Avropa bazarlarına Azərbaycan təbii qazının çıxarılmasını təmin edir.

       Azərbaycan və Bolqarıstan arasında münasibətlərdə enerji sahəsində əməkdaşlıq sahəsi əhəmiyyətli yer tutur. Dövlət rəhbərlərinin görüşündə bu istiqamətə də diqqət yetirilib. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərək bunun Avropanın enerji təhlükəsizliyi üçün faydalı olacağını nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Avropa ilə imzalanan sazişə sadiq qalaraq 2027-ci ilə kimi qaz ixracını daha da artıracaq.

      Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir, dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsinin dəyişən əhəmiyyətli infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir.

       Azərbaycanın bütün Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti rekord səviyyəyə yüksəlir. Bu kontekstdə Avropanın enerji bazarında mövcud çətin vəziyyəti nəzərə alaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu qiymətləndirməmək mümkün deyil.

      Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir. Prezident Bolqarıstanda olarkən coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensialın mövcud olduğunu dilə gətirib: “Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var “. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Və bu, xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. Biz möhkəm inanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

                                                                                             Yeganə Rzayeva,

                                             Cəlilabad şəhər akademik Zərifə Əliyeva  adına 7 saylı

                                             tam orta məktəbin müəllimi,  YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir