• Ça. Apr 30th, 2024

Strateji əməkdaşlıq üçün çox gözəl zəmin var

ByVuqar Ferzeliyev

Apr 8, 2024

    “Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev son 20 ildə Azərbaycanın qazandığı uğurlardan bəhs edərkən bildirir ki, siyasi müstəvidə ölkəmizin dünyada mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərarlar, qətnamələr qəbul etdilər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratdı. İqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq. Bu gün heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı.

    Azərbaycanın söz sahibliyindən, Prezident İlham Əliyevin nüfuzundan bəhs edərkən diqqəti aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zənginə yönəldib: “Antoni Blinken bu gün Brüsseldə keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirdi. Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Azərbaycanın hər bir məsələyə ədalət və beynəlxalq hüquq çərçivəsində yanaşması sözünün imzası qədər dəyərini daha da artırır. Aprelin 4-də sözügedən görüşün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng etdi. Hər bir məsələ ilə bağlı Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsi ölkəmizin yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbulunun təsdiqidir. Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır.

Zeynalov Ceyhun

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir