• Ça. Apr 30th, 2024

Yevlaxın sabiq icra başçısı yenidən həbs olundu

Byadmin

Okt 1, 2021

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, sabiq icra başçısı bu gün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Q.Səmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Qoca Səmədovun bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məhkəmənin qərarı ilə başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı.

O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir