Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 6-7-də Fransada səfərdə olacaq.
Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məıumata görə, türkiyəli naziri Fransa Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Jan-İv Le Drian ölkəsinə dəvət edib.
Nazirlər ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı(Aİ) münasibətləri, regional və gündəmdəki məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.
Həmkarlar beynəlxalq aləmdə baş verən hadisələri də müzakirə edəcəklər.