• Ça. Apr 23rd, 2024

Polşa prezidenti Türkiyəyə gəlir

ByYenigun.news

May 24, 2021

Polşa Prezidenti Anjey Dudanın Türkiyəyə rəsmi səfəri baş tutacaq.

Yenigun.news
 xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində bir çox sahələrdə iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar müzakirə olunacaq.

Keçiriləcək rəsmi görüşlər zamanı regional və qlobal gündəmə aid məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində bir sıra ikitərəfli anlaşmaların imzalanması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir