• Ca. Apr 25th, 2024

Noyabr bəyanatından sonra bir çox addımlar ataraq göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik — Dövlət başçısı

ByYenigun.news

May 20, 2021

Noyabr bəyanatından sonra bir çox addımlar atdıq və göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik. Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik.

Yenigun.news xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

Dövlətimizin başçısı bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır. “Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir