• Ca. Apr 25th, 2024

Türkiyə baş prokuroru Azərbaycana gəldi — VİDEO

ByYenigun.news

May 29, 2021

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə mayın 29-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Bakıya rəsmi səfərə gəlib.

Qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir